“Trent “Real”a görə azarkeş sevgisindən imtina etdi”

“Liverpul”un sabiq müdafiəçisi Cimi Karrager Trent Aleksander-Arnoldun mövsümün sonunda klubdan ayrılaraq “Real”a keçəcəyi ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, ingiltərəli keçmiş futbolçu, Trentin “Liverpul” azarkeşlərinin sevgisini itirəcəyini bildirib:

“Trent “Liverpul” azarkeşlərinin sevgisini itirəcək. Amma o, azarkeşlərin fikrinə baxmaya bilər. Axı bu onun karyerasıdır və yalnız bir şansı var. Kimsə “Real”ın böyük klub olduğunu inkar etməz. Trent “Real”a görə azarkeş sevgisindən imtina etdi”.

Mətbuatda yayılan məlumatlara görə, Aleksander-Arnold “kral klubu” ilə 5 illik müqavilə imzalayacaq. O, “Liverpul”la müqaviləsinin müddəti başa çatdıqdan sonra “Real”a azad agent kimi keçəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button