“Liverpul”un futbolçusu qayıdır – Zədəsi ciddi deyil
“Liverpul”un müdafiəçisi Trent Aleksander-Arnold tezliklə meydana qayıtmağa hazırlaşır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, onun zədəsi ciddi deyil. Bununla belə, baş məşqçi Arne Slot çox güman ki, vacib oyunçunu riskə atmamağa üstünlük verəcək.
İngiltərəli futbolçu Liqa kubokunun yarımfinalının “Tottenhem”lə qarşıdakı cavab oyununda meydana çıxmayacaq.
26 yaşlı müdafiəçi zədəsini şənbə günü, Premyer Liqada “Bornmut”a 2:0 hesabı ilə qalib gəldikləri oyunda alıb. O, bu mövsüm “qırmızılar”ın heyətində 31 oyunda 2 qol vurub və 7 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin