“Valensiya” Premyer Liqa klubunun futbolçusuna göz dikib

“Fulhem”in vingeri Adama Traore karyerasını İspaniya çempionatında davam etdirə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Valensiya” 28 yaşlı futbolçu ilə müqavilə imzalamaqda maraqlıdır.

Tərəflər bu yay Traorenin mümkün transferi ilə bağlı danışıqlar apara bilərlər. Futbolçunun bazar dəyəri 9 milyon avro olaraq qiymətləndirilir. Onun “Fulhem”lə müqaviləsi 2025-ci ilin ortalarına qədərdir.

Adama Traore komandanın əsas oyunçusu deyil. İspaniyalı futbolçu bu mövsüm İngiltərə çempionatının 11 matçında iştirak edib. O, bu oyunlarda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Traore daha əvvəl İspaniyada icarə əsasında “Barselona”da forma geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button