Traore İtaliyanın 2 klubunun hədəfində

“Vulverhempton”un keçmiş hücumçusu Adama Traore karyerasını İtaliyada davam etdirə bilər.

Komanda.az “Sky in Italia”-ya istinadən xəbər verir ki, “Milan” və “Roma” 27 yaşlı futbolçunu transfer etməkdə iddialıdır. Adıçəkilən klublar Traoreni azad agent kimi heyətlərinə cəlb edə bilərlər.

Traore 2022/23 mövsümündə Premyer Liqa təmsilçisinin heyətində bütün turnirlər daxil olmaqla 40 oyuna çıxıb, üç qol vurub və iki məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button