Traore də İngiltərə klubundan ayrıldı

“Vulverhempton”un hücumçusu Adama Traore İngiltərə klubundan ayrılıb. İspaniyalı futbolçu 2018-ci ildən Premyer Liqa təmsilçisində çıxış edirdi.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, hücumçu Dieqo Koşta və yarımmüdafiəçi Joao Moutinyonun “canavarlar”dan ayrılmasından sonra o da klubu tərk edib.

Xatırladaq ki, “Vulverhempton”un idman direktoru Mett Hobbs öncədən Traore haqda açıqlama verərək, onunla yeni sözləşmənin imzalana biləcəyini diqqətə çatdırmışdı:

“Baş məşqçi Xulen Lopeteqinin bu yaxınlarda keçirilən mətbuat konfranslarının birində dediyi kimi, Traore heyətdə saxlamaq istədiyimiz oyunçudur. Onunla danışıqlar aparırıq. Adamanın hazırkı müqaviləsi sona çatıb. Lakin bu, onunla yola davam etmək üçün bizə əngəl törətməyəcək”.

Traore 2022/23 mövsümündə “Vulverhempton”un heyətində bütün turnirlər daxil olmaqla 40 oyuna çıxıb, üç qol vurub və iki məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button