Transferlərə 700 milyon avro xərcləyəcək – İspaniya nəhəngi

“Barselona” bu yay transferlərə 700 milyon avro xərcləmək niyyətindədir.

Komanda.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb. Kataloniyalılar La Liqadan gələcək televiziya hüquqlarından əldə edəcəkləri gəlir hesabına vəsait əldə etmək istəyirlər. 25 faiz payın satışı 500 milyon avroya qədər gəlir gətirəcək. Klub lisenziyalaşdırma və merçendayzinq sahəsində payın satışından (49,9 faizə qədər) daha 200 milyon gəlir əldə etməyi planlaşdırır.

Kataloniyalılar bu məsələləri müzakirə etmək üçün iyunun 16-da təcili toplantı keçirəcəklər.

Hazırda “Barselona”nın xərcləmə limiti mənfi 144 milyon avrodur. Bu, İspaniya çempionatında yeganə mənfi göstəricidir.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button