“Çelsi”nin 45+5 milyon avroluq təklifi qəbul edilmədi

Yay transfer pəncərəsi dövründə iddialı transferlər edən “Çelsi” yeni futbolçu ilə güclənmək niyyətindədir.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “zadəganlar” “Vest Hem”dən Deklan Raysı heyətinə qatmaq istəyindədir. “Çelsi” 21 yaşlı futbolçu üçün ilk təklifini də göndərib. Klub qarşı tərəfə 45+5 milyon avro təklif edib, lakin “Vest Hem” onların bu istəyini geri çevirib. Məlumata görə, klub yeni – bonuslarla birlikdə 60 milyon avroluq təklif göndərməyə hazırlaşır.

Bundan başqa, Raysla şəxsi danışıqları davam etdirən “Çelsi” ona 5 illik müqavilə təklif edib.

“Vest Hem” ingiltərəli futbolçu üçün 80 milyon avro tələb edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button