“Klubların çoxu mənim son istifadə tariximin bitdiyini düşünür” – Dani Alveş
Yay transfer pəncərəsi dövründə “San Paulo”ya transfer olunan Dani Alveş açıqlama verib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, braziliyalı futbolçu, təklif aldığı klublar və qərarı haqqında danışıb:
“Mən azad insanam, karyeramla bağlı hər şeyə özüm qərar verirəm. Yayda “Yuventus”a keçmək şansım oldu. Eyni zamanda, “Barselona”ya qayıtmaq istədiyim üçün ora getmək şansım da var idi. Qərar verməzdən əvvəl klubun mənə nə verəcəyini, məni bir insan və bir peşəkar kimi necə inkişaf etdirəcəyini düşünürəm. Klubların çoxu isə mənim son istifadə tariximin bitdiyini düşünür. Amma mən hələ də özümü gənc hiss edirəm. 2022-ci ildə keçiriləcək dünya çempionatına qədər oynamaq və bu turnirə tam hazır olmaq istəyirəm”.
Alveş, 2002-2008-ci illər aralığında “Sevilya”da çıxış edib. Daha sonra “Barselona” və “Yuventus”da forma geyinən braziliyalı müdafiəçinin son klubu PSJ olub.
Bizi Facebook-da izləyin