
Tramp DÇ-2026-nın oyunlarının yerini dəyişməklə təhdid etdi
Donald Tramp Boston şəhərini 2026-cı il dünya çempionatının oyunlarına ev sahibliyi etmək hüququndan məhrum etməklə hədələyib.
ABŞ prezidenti dünən Argentina prezidenti Xavyer Millə görüşüb.
Komanda.az xəbər verir ki, görüşdən sonra mətbuata açıqlama verən Tramp, Boston meri Mişel Vu və dünya çempionatının oyunlarının başqa yerə mümkün köçürülməsi ilə bağlı sualı cavablandırıb:
“Biz onları köçürə bilərik. Mən Boston xalqını sevirəm. Oyunların yerlərinin müəyyənləşdiyini bilirəm, ancaq onların meri çox yaxşı deyil. O, ağıllıdır, amma radikal olaraq solçudur.
Orada təhlükəli şərait olduğunu hiss etsəm, FİFA rəhbəri Canni İnfantinoya zəng edib, “gəlin matçları başqa yerə köçürək” deyəcəm. Və edəcək. O, bunu etmək istəməzdi, amma çox asanlıqla edəcək”.
2026-cı il dünya çempionatı gələn il iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək.
Tramp 2026-cı il dünya çempionatının oyunları təhlükəli hesab edilərsə, ABŞ şəhərlərindən köçürülə biləcəyini təklif edib:
“Sietl və San-Fransisko radikal solçu dəlilər tərəfindən idarə olunur”.
Bizi Facebook-da izləyin



