Tramp: “ABŞ cəhənnəmə gedir”
ABŞ-ın keçmiş prezidenti Donald Tramp ölkənin qadın futbolçulardan ibarət yığmasının dünya çempionatını tərk etməsi ilə bağlı sərt danışıb və hazırkı prezident Co Baydeni saxtakar adlandırıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Tramp “tvitter” hesabında ABŞ millisinin 1/8 finalda İsveçə penaltilər seriyasında məğlub olaraq turniri tərk etməsinə sərt reaksiya verib:
“ABŞ qadın futbol komandasının İsveçə şok və tamamilə gözlənilməz məğlubiyyəti saxtakar Co Baydenin rəhbərliyi altında bir vaxtlar böyük xalqımızla baş verənləri simvollaşdırır.
Bir çox oyunçumuz Amerikaya qarşı açıq düşmənçilik edirdi. ABŞ cəhənnəmə gedir”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin