
“Traktor”un oyunları Azərbaycanda yayımlanacaq
Təbrizin “Traktor” komandasının oyunları Azərbaycanda yayımlanacaq.
Komanda.az xəbər verir ki, “İdman TV” Asiya Çempionlar Liqasının yayım hüququnu əldə edərək, bu mötəbər turnirin oyunlarını təqdim edəcək.
Tarixində ilk dəfə İran çempionu olan və Asiya Çempionlar Liqasına vəsiqə qazanan “Traktor”un matçları da artıq Azərbaycan tamaşaçısı üçün əlçatan olacaq.
Yayım hüququ “İdman TV” ilə beynəlxalq yayım şirkəti arasında imzalanmış rəsmi müqavilə əsasında həyata keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



