“Traktorsazi”yə 1 qol bəs etdi
Futbol üzrə İran çempionatında 18-ci turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən “Traktorsazi” də növbəti matçına çıxıb.
Təbriz klubu doğma meydanda əzəli rəqiblərindən olan Tehran “İstiqlal”ı ilə qarşılaşıb. “Xəzər Lənkəran”ın sabiq baş məşqçisi, uelsli mütəxəssis Con Toşakın çalışdırdığı “traktorçular” 80 min azarkeşin izlədiyi bu oyundan qələbə ilə ayrılıb – 1:0.
Təbrizin digər təmsilçisi – “Maşinsazi” isə bu turda səfərdə “Səpidrud Rəşt”lə qarşılaşıb və heç-heçəyə imza atıb – 1:1.
Hazırda “Traktorsazi” 16 iştirakçı arasında 33 xalla 4-cü pillədə qərarlaşıb. “Maşinsazi” isə 21 xalla 8-cidi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin