“Traktorsazi”dən darmadağın

Futbol üzrə İran çempionatında 16-cı turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən “Traktorsazi” də növbəti matçına çıxıb.

Təbriz klubu doğma meydanda “Naft Masjed Soleyman” ilə qarşılaşıb. “Xəzər Lənkəran”ın sabiq baş məşqçisi, uelsli mütəxəssis Con Toşakın çalışdırdığı “traktorçular” bu oyundan qələbə ilə ayrılıb – 3:0.

Təbrizin digər təmsilçisi – “Maşinsazi” isə bu turda səfərdə “İstiqlal”a (Xuzistan) qalib gəlib – 1:0.

Hazırda “Traktorsazi” 16 iştirakçı arasında 29 xalla 4-cü pillədə qərarlaşıb. “Maşinsazi” isə 17 xalla 9-cudu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button