“Traktor”dan zəlzələ qurbanlarına anlamlı jest
Cənubi Azərbaycanın “Traktor” futbol klubu İsfahanın “Fulad” komandasına qarşı keçirəcəyi oyunun biletlərinin satışından əldə olunan gəliri Xoy bölgəsində zəlzələdən zərərçəkənlərə verəcək.
Komanda.az xəbər verir ki, bu barədə Təbriz klubundan bildirilib.
Bu gün Təbrizdə keçiriləcək oyuna Bakı vaxtı ilə saat 14:30-da start veriləcək.
Xatırladaq ki, yanvarın 28-də Cənubi Azərbaycanın Xoy bölgəsində zəlzələ olub. Təbii fəlakət nəticəsində 3500-dən artıq yaşayı binası dağılıb, ölənlər və yaralananlar var.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin