
“Traktor”dan yeni mövsümdə ilk xal
Futbol üzrə İran çempionatında 2-ci turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Traktor” da növbəti matçına çıxıb.
Təbriz klubu doğma meydanda “Zobahan”la qarşılaşıb. “Traktorçular” bu oyundan heç-heçə ilə ayrılıblar – 1:1.
“Traktor” 2 turdan sonra 1 xalla 16 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin