“Traktor”dan Tehrandakı terrorla bağlı paylaşım: “Qardaş acısını qardaş çəkər”
Təbrizin “Traktor” futbol klubu Azərbaycanın İrandakı səfirliyinə terror hücumu ilə bağlı açıqlama yayıb.
Komanda.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi hadisəni qınayıb:
“Qardaş acısını sadəcə qardaş çəkər. Tehranda Azərbaycan səfirliyinə olan terror hücumunu qəti şəkildə qınayırıq. Terrora son!”
Yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İrandakı səfirliyinə silahlı hücum olub. Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir.
Hadisəni törədən şəxs saxlanılıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin