
“Traktor”dan səfər heç-heçəsi
Futbol üzrə İran çempionatında 21-ci turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Traktor” da növbəti matçına çıxıb.
Təbriz klubu səfərdə “Şahr-Xodru” ilə qarşılaşıb. “Traktorçular” bu oyundan heç-heçə ilə ayrılıblar – 0:0.
“Traktor” 21 turdan sonra 17 xalla 16 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin