“Traktor”dan ÇL-də inamlı qələbə
Futbol üzrə Asiya Çempionlar Liqasında qrup mərhələsinin altıncı turunun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Traktor” da növbəti matçına çıxıb.
Təbriz klubu Birləşmiş Ərəb Əmirliklərini təmsil edən “Əl-Şərcə” ilə qarşılaşıb. “Traktorçular” bu oyundan qalib ayrılıblar – 2:0. Hər iki qolu Məhəmməd Abbaszadə vurub. Qolların məhsuldar ötürməsini isə “Neftçi”nin sabiq yarımmüdafiəçisi Saman Nərimancahan verib.
Xatırladaq ki, “Traktor” bundan əvvəlki oyunlardan dördündə heç-heçə oynamış, birində qələbə qazanmışdı. Növbəti qələbə sayəsində təbrizlilər topladıqları 10 xalla B qrupunda 2-ci yeri tutublar. “Əl-Şərcə” isə 11 xalla lider olub. Özbəkistan “Paxtakor”u 7 xalla üçüncü, İraqı təmsil edən “Əl-Kuvə” isə 2 xalla sonuncu yeri tutub.
Bizi Facebook-da izləyin