
“Traktor”dan ardıcıl 4-cü heç-heçə
Futbol üzrə İran çempionatında 20-ci turdan təxirə salınmış oyunlar keçirilib.
Komanda.az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən “Traktor” da növbəti matçına çıxıb.
Təbriz klubu səfərdə “Fulad”la qarşılaşıb. “Traktorçular” bu oyundan da heç-heçə ilə ayrılıblar – 1:1. Maraqlıdır ki, sözügedən komanda ardıcıl 4-cü oyundur 1 xala razılaşır.
22 oyuna 30 xal toplamış “Traktor” 16 kollektiv arasında 7-ci pillədə qərarlaşıb. Təbrizin digər təmsilçisi – 11 xala malik “Maşinsazi” isə sonuncudur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin