
“Traktor” xal itkisiylə üzləşdi
Futbol üzrə İran çempionatında 19-cu turun oyunları keçirilir.
Komanda.az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən “Traktor” da növbəti matçına çıxıb.
Təbriz klubu doğma meydanda “Mes Rafsanjan”la qarşılaşıb. “Traktorçular” bu oyundan heç-heçə ilə ayrılıblar – 0:0.
Təbrizin digər təmsilçisi “Maşinsazi” isə bu turda “Gol Gohar”ın qonağı olacaq.
19 oyuna 27 xal toplamış “Traktor” 16 kollektiv arasında 5-ci, 9 xala malik “Maşinsazi” isə sonuncu pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin