
“Traktor” Təbriz derbisindən qalib ayrıldı
Futbol üzrə İran çempionatında 6-cı turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, hesabat turu Təbriz derbisi ilə əlamətdar olub.
Cənubi Azərbaycan komandaları “Traktor”la “Maşinsazi” ikincilərin meydanında üz-üzə gəliblər. Qarşılaşmanın taleyini bir qol həll edib. “Traktor” 90-cı dəqiqədə vurduğu qol sayəsində derbidən qalib ayrılıb – 1:0.
6 turdan sonra 9 xala malik “Traktor” 16 kollektiv arasında 7-ci, “Maşinsazi” isə 1 xalla sonuncudur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin