
“Traktor” səfərdən xalsız döndü
Futbol üzrə İran çempionatında 23-cü turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Traktor” da növbəti matçına çıxıb.
Təbriz klubu səfərdə “Aluminium Arak”la qarşılaşıb. “Traktorçular” bu oyundan xalsız ayrılıblar – 0:1.
“Traktor” 23 turdan sonra 17 xalla 16 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin