“Traktor” mövsümü medalsız başa vurdu
Bu gün futbol üzrə İran çempionatında mövsümə yekun vurulub.
Komanda.az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən “Traktor”la “Maşinsazi” də bu mövsümdə sonuncu oyununu keçirib.
“Traktor” 30-cu tur çərçivəsində səfərdə “Fulad”la qarşılaşıb və 0:1 hesablı məğlubiyyətlə üzləşib. Bununla da Təbriz klubu mövsümü ilk üçlükdə başa vurmaq şansını boşa verib. Halbuki, “traktorçular” qələbə qazanmaqla ikinci yeri tuta və Asiya Çempionlar Liqasına vəsiqə əldə edə bilərdilər. Amma bu məğlubiyyət nəticəsində komanda 50 xalla 4-cü yeri tutub.
“Maşinsazi” isə doğma meydanda “Sanat Naft”la qarşılaşıb. Təbriz klubu bu oyundan minimal hesabla qalib ayrılıb – 1:0. Bu komanda isə mövsümü 31 xalla 16 komanda arasında 11-ci pillədə başa vurub.
Bizi Facebook-da izləyin