
“Traktor” darmadağınla yarımfinalda
Futbol üzrə İran kubokunda 1/4 final mərhələsinin oyunları keçirilib.
Komanda.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Traktor” da bu turnirdə növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda “Mes Kerman”la qarşılaşıb. Rəqibini 4:1 hesabıyla darmadağın edən Təbriz klubu yarımfinala vəsiqə qazanıb.
“Traktor” yarımfinalda “Naft MİS” klubu ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin