“Traktor” – çempion!

“Traktor” İran çempionatının qalibi olub.

Komanda.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi bu gün 28-ci tur çərçivəsində səfərdə “Şəms Azar Qazvin” ilə qarşılaşıb və 4:0 hesablı qələbəyə sevinib.

Bu qələbə sayəsində xallarının sayını 64-ə çatdıran Təbriz klubu bütün rəqibləri üçün əlçatmaza çevrilib. Belə ki, mövsümün sonuna iki tur qalmış “Traktor” ən yaxın izləyicisi “Sepahan”ı (56 xal) 8 xal qabaqlayır.

Üçüncü pillədə 54 xalı olan “Persepolis” qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button