“Traktor” büdrədi, “Maşinsazi” uduzdu

Futbol üzrə İran çempionatında 26-cı turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən “Traktor”la “Maşinsazi” də növbəti matçına çıxıb.

“Maşinsazi” doğma meydanda “Qohar”la qarşılaşıb və məğlubiyyətlə üzləşib – 1:2.

Təbrizin digər təmsilçisi “Traktor” isə səfərdə “Xodru”la üz-üzə gəlib. Bu oyun heç-heçə başa çatıb – 0:0.

“Traktor” hazırda 45 xalla 16 kollektiv arasında 3-cü, “Maşinsazi” isə 27 xalla 10-cu pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button