“Trabzonspor”un qapıçısı tarixə düşdü
“Trabzonspor”un qapıçısı Kağan Moradaoğlu Türkiyə Super Liqasının tarixinə düşüb.
Komanda.az xəbər verir ki, 18 yaşlı qolkiper buna Super Liqanın 26-cı turu çərçivəsində “Başakşəhər”lə oyunda meydana çıxmaqla nail olub.
Belə ki, son çempionla matçdan öncə “Trabzonspor” əsas qapıçılarının hər üçünü – Uğurcan Çakır, Erce Kardeşler və Arda Akbulutu itirib. Böyük ehtimalla onların hər üçü koronavirusdan əziyyət çəkir. Məsələ burasındadır ki, son günlərdə Trabzon klubunda 7 futbolçuda koronavirus aşkarlanıb.
Belə olan halda məşqçilər korpusu qapını gənc qapıçı Kağan Moradaoğluna tapşırmaq məcburiyyətində qalıb. Bununla da o, Super Liqada meydana çıxan ən gənc (18 yaş 40 gün) qapıçıya çevrilib. Kağan həm də “Trabzonspor”da bu mövsüm meydana çıxan ən gənc futbolçu olub.
Bizi Facebook-da izləyin