“Trabzonspor”un hücumçusu əməliyyat olundu
Türkiyənin “Trabzonspor” komandasının hücumçusu Jervinyo əməliyyat olunub.
Komanda.az xəbər verir ki, bu barədə Super Liqa klubunun mətbuat xidməti məlumat yayıb.
Fransada baş tutan əməliyyatın uğurlu keçdiyi bildirilir. Afrikalı forvardın sabah xəstəxanadan evə buraxılacağı diqqətə çatdırılıb.
Xatırladaq ki, Jervinyo Super Liqanın 11-ci turunda qarşılaşdıqları “Rizəspor”la matçda (2:1) zədələnib. Sağ çarpaz bağı qopan 34 yaşlı forvardın azı 5-6 ay yaşıl meydanlardan kənarda qalacağı iddia olunur. Bu isə o deməkdir ki, Jervinyo üçün mövsüm erkən başa çatıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin