“Sivasspor” “Antalyaspor”la ilk oyunda heç-heçəyə razılaşdı
Futbol üzrə Türkiyə kubokunda 1/4 final mərhələsinin ilk oyunları keçirilib.
Komanda.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.
“Trabzonspor” doğma meydanda “Ərzurumspor”la qarşılaşıb. Meydan sahibləri bu görüşdə 5 cavabsız qola seviniblər.
İkinci oyun günündə səfərdə “Kırklarılesipor”la qarşılaşan “Fənərbaxça” darmadağına sevinib. “Alanyaspor”un qonağı olan “Qalatasaray” isə ilk oyunda 2 cavabsız qolla məğlub olub.
Sonuncu oyun günündə “Sivasspor” səfərdə qarşılaşdığı “Antalyaspor”la ilk oyundan heç-heçə ilə ayrılıb.
Cavab qarşılaşmaları fevralın 11-13-ü aralığında keçiriləcək.
Türkiyə kuboku, 1/4 finalın ilk oyunları
4 fevral
Trabzonspor – Ərzurumspor 5:0
Qol: Sorlot, 16; 66. Y.Acer, 26-öz qapısına. Nvakaeme, 43. M.Acil, 60-öz qapısına.
5 fevral
Kırklarılesipor – Fənərbaxça 0:3
Qol: M.Erdinc, 43. M.Ekici, 52. İ.Surqulu, 57-öz qapısına.
Alanyaspor – Qalatasaray 2:0
Qol: Bakasetas, 20. J.Fernandes, 55.
6 fevral
Antalyaspor – Sivasspor 0:0
Bizi Facebook-da izləyin