“Trabzonspor”da ayrılıq – RƏSMİ
Türkiyənin “Trabzonspor” klubu ulduz futbolçusu Con Obi Mikellə yollarını ayırıb.
Komanda.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Xəbərdə futbolçu ilə klub arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi bildirilir.
Qeyd edək ki ki, Obi Mikel “Trabzonspor”la 2019-cu ilin iyun ayında 2 illik müqavilə imzalamışdı. Qarşılıqlı razılığa əsasən, futbolçu bundan sonrakı alacaqlarından imtina edib, Trabzon klubu isə ona azad agent statusu verib.
Nigeriya yığmasında 90-dan çox oyun keçirmiş Obi Mikel peşəkar karyerasına Norveçin “Lyun” klubunda başlayıb. O, daha sonra 11 il ərzində “Çelsi”nin uğurları üçün çalışıb. 32 yaşlı yarımmüdafiəçi “Trabzonspor”dan öncə İngiltərənin “Midlsbro” klubunda da çıxış edib.
Bizi Facebook-da izləyin