“Trabzonspor”da ayrılıq
“Barselona”nın sabiq müdafiəçisi Mark Bartra “Trabzonspor”dan ayrılıb.
Komanda.az xəbər verir ki, bununla bağlı Türkiyə klubunun rəsmi saytı məlumat yayıb.
İspan futbolçunun 2025-ci ilin iyununa qədər olan müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Bartra ötən ilin yayından “Trabzonspor”da çıxış edirdi. “Barselona”nın yetirməsi olan 32 yaşlı futbolçu Dortmund “Borussiya”sı və “Betis”də də çıxış edib. O, ötən mövsüm 40 oyuna 4 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin