“Trabzonspor”da ayrılıq
Türkiyə yığmasının sabiq futbolçusu Olcay Şahan “Trabzonspor”la yollarını ayırıb.
Komanda.az xəbər verir ki, bu barədə təcrübəli yarımmüdafiəçi sosial şəbəkə hesabında məlumat yayıb.
31 yaşlı futbolçu Trabzon təmsilçisinə 2016/17 mövsümünün dövrələrarası fasilə dönəmində qatılmışdı. Olcay, “Trabzonspor” karyerası boyunca 71 oyuna çıxıb, 8 qol vurub, 19 məhsuldar ötürmə ilə yadda qalıb.
“Trabzonspor”dan öncə 5 il “Beşiktaş” forması geyinmiş Olcayın yeni adresinin hansı komanda olacağı hələ bilinmir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin