“Trabzonspor”a bir qol bəs etdi

Türkiyə Super Liqasında 23-cü tura yekun vurulub.

Komanda.az xəbər verir ki, son gündə 2 oyun baş tutub.

“Bodrumspor” – “Göztəpə” matçı qolsuz bitib. “Trabzonspor” isə evdə “Eyüpspor”a qalib gəlib.

Hazırda 57 xala malik “Qalatasaray” vahid liderdir. “Fənərbağça” 54, “Samsunspor” 43, “Eyüpsor” 39, “Göztəpə” və “Beşiktaş” 35, “Başakşəhər” 33, “Kasımpaşa” 31, “Trabzonspor” 29 xal toplayıb.

Türkiyə Super Liqası
23-cü tur

7 fevral

Samsunspor – Hatayspor 2:0
Qollar
: Marius, 3. Z.Yavru, 7.

8 fevral

Kayserispor – Konyaspor 3:2
Qollar
: Nazon, 14; 55. M.Kardozo, 23 – Aleksiç, 45+1. Kramer, 69.

Sivasspor – Beşiktaş 0:2
Qollar
: E.Topçu, 43. J.Mario, 90+4-pen.

9 fevral

Kasımpaşa – Rizəspor 3:2
Qollar
: K.Rodriqes, 26. Hayradinoviç, 45+8-pen. Da Kosta, 57 – S.Bolat, 30-öz qapısına. Sou, 80.

Alanyaspor – Fənərbağça 0:2
Qollar
: Şimanski, 22. Taliska, 42.

Antalyaspor – Başakşəhər 0:0

Qalatasaray – Adana Dəmirspor matçı yarıda qalıb

10 fevral

Bodrumspor – Göztəpə 0:0

Trabzonspor – Eyüpspor 1:0
Qol: Lundstram, 59.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button