
“Trabzonspor” Munyenin transferini açıqlayıb
“Borussiya”dan ayrılan Tomas Munyenin “Trabzonspor”a keçidi rəsmiləşib.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 32 yaşlı müdafiəçi ilə 1,5 illik müqavilə imzalanıb.
Əsasən PSJ-dəki (2016-2020) çıxışı ilə tanınan Munye 2020-ci ildən “Borussiya”da oynayırdı. Belçika millisinin üzvü bu mövsüm Dortmund klubunda ümumllikdə 9 oyun keçirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin