Argentinalı futbolçu Super Liqada klubunu dəyişdi

“Trabzonspor” klubu futbolçusu Qaston Kampini icarəyə verib.

Komanda.az xəbər verir ki, 29 yaşlı argentinalı müdafiəçi “Fatih Karagümrük” klubuna keçib. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Kampi, mövsümün sonuna qədər Super Liqa klubunda çıxış edəcək.

2019-cu ildən “Trabzonspor”da forma geyinən Kampi, bu mövsüm Super Liqada 3 oyuna çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button