“Trabzonspor” – “Fənərbaxça” matçından sonra ara qarışdı
Türkiyə Super Liqasının 30-cu turunda “Fənərbaxça”nın səfərdə “Trabzonspor”u 3:2 hesabı ilə məğlub etdiyi matçın yekununda qalmaqal yaranıb.
Komanda.az xəbər verir ki, Trabzon azarkeşləri oyunun final fiti səsləndikdən sonra meydana daxil olaraq qələbəni qeyd edən İstanbul təmsilçisinin futbolçularına hücum ediblər.
“Trabzonspor” tərəfdarları ilə “Fənərbaxça” oyunçuları arasında çıxan davaya təhlükəsizlik qüvvələri müdaxilə edib.
Qeyd edək ki, hazırda “Fənərbaxça” 79 xalla ikinci pillədə qərarlaşıb. “Trabzonspor” isə 49 xalla üçüncü sıradadır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin