“Trabzonspor” 1/4 finala yüksəldi

Türkiyə kubokunda qrup mərhələsinin 3-cü – sonuncu turunun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, doğma meydanda “Rizəspor”u qəbul edən “Trabzonspor” 5:2 hesablı qələbə qazanıb.

A qrupunda yer alan Qaradəniz təmsilçisi 7 xalla 1-ci pillədə yer alaraq adını 1/4 finala yazdırıb. “Rizəspor” isə 3 xalla qrupu 4-cü pillədə yekunlaşdıraraq, pley-off mərhələsinə vəsiqə qazana bilməyib.

Trabzonspor – Rizəspor 5:2
Qollar: Lundstram, 14, E.Viska 41. B.Mendi 45. M.Çam 59. S.Banza, 83 – V.Jureçka 63-pen. Hojer 89.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button