Azərbaycan millisi qələbə ilə başladı
Tovuzda “Turan Tovuz” Futbol Akademiyasında təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində ilk yoxlama oyununu keçirib.
Komanda.az xəbər verir ki, “Turan Tovuz”la oyun millinin 2:0 hesablı qələbəsiylə başa çatıb. U-17-nin qollarını Nahid Əliyev və Sənan Ağalarov vurub. Milli hazırlıq çərçivəsində növbəti oyununu fevralın 28-də “Qəbələ”nin U-19 komandasına qarşı keçirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin