
Tovuzda ara qarışdı, Berdıyev “qırmızı” ilə cəzalandırıldı
“Turan Tovuz” bu gün Azərbaycan Premyer Liqasının 30-cu turunda “Sabah”ı qəbul edir.
Komanda.az-ın Tovuza ezam olunmuş əməkdaşı xəbər verir ki, Tovuz şəhər stadionunda keçirilən oyunun 19-cu dəqiqəsində matçın baş hakimi Elçin Məsiyev “Turan Tovuz”un futbolçusu Ayxan Hüseynovun rəqib komandanın oyunçusu Rəhman Daşdəmirova qarşı hərəkətini cərimə olaraq dəyərləndirib.
Bu epizoda aqressiv yanaşan bölgə təmsilçisinin türkmənistanlı çalışdırıcısı Kurban Berdıyev baş hakimə sərt şəkildə etiraz edib. Nəticədə, oyunu idarə edən Məsiyev əvvəlcə Berdıyevə sarı, ardınca isə qırmızı vərəqə göstərərək, məşqçilər üçün nəzərdə tutulmuş zonadan kənarlaşdırıb. Baş hakim daha sonra Berdıyevin köməkçisi Yunis Hüseynovu da “sarı” ilə cəzalandırıb. Hakimin bu qərarı yerli azarkeşlərin etirazına səbəb olub.
Qarşılaşma hazırda Masazır təmsilçisinin 1:0 hesablı qələbəsi ilə davam edir.
Bizi Facebook-da izləyin