“Qarabağ” qol vurdu, tribuna “alovlandı” – VİDEO

“Turan Tovuz” bu gün Azərbaycan Premyer Liqasının 28-ci turunda “Qarabağ”ı qəbul edir.

Komanda.az xəbər xəbər verir ki, Tovuz şəhər stadionunda baş tutan matçın 15-ci dəqiqəsində “köhlət atlar”ın yarımmüdafiəçisi Kadi Borges bölgə komandasının qapısına təyin olunmuş penaltidən hesabı açıb.

Rəqib azarkeşlər üçün ayrılmış tribunada əyləşən “İmarət tayfa” və “Qarabağ ordu” fanklubları qolu emosional şəkildə qeyd ediblər. Belə ki, hər iki fanklubu təmsil edən azarkeşlər tribunada pirotexniki vasitələrdən istifadə etməklə yadda qalıblar.

Oyun hazırda “Turan Tovuz”un 1:2 hesablı məğlubiyyəti ilə davam edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button