
Tottinin oğlu karyerasını bitirdi – 19 yaşında
İtaliya milisinin və “Roma”nın sabiq hücumçusu Françesko Tottinin oğlu Kristian futbolçu karyerasını 19 yaşında bitirib.
Komanda.az “La Repubblica”-ya istinadən xəbər verir ki, o, bundan sonra atasının futbola aid açdığı şirkətdə çalışacaq.
Bir müddət “Roma”nın 18 yaşadək futbolçulardan ibarət komandasında çıxış edən gənc Totti İspaniyada “Rayo Valyekano”nun ikinci komandasında, ölkəsində isə “Avezzano” və “Olbia” klublarının formasını geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin