
Tottinin “ikinci klubu”
“Roma”nın keçmiş hücumçusu Françesko Totti paytaxt klubundan başqa, hansı komandaya azarkeşlik etdiyini açıqlayıb.
Komanda.az “El Partidazo de COPE”-yə istinadən xəbər verir ki, Totti, “Roma”dan başqa, “Real”a da azarkeşlik etdiyini deyib:
“Real” həmişə dəstəklədiyim ikinci klubdur. “Santyaqo Bernabeu” kimi arenada insanların sizi alqışlaması inanılmaz emosiyadır”.
Totti 1992-2007-ci illərdə “Roma”da çıxış edib.
“Real” İspaniya La Liqasının turnir cədvəlində ikinci yerdədir. “Kral klubu” UEFA Çempionlar Liqasının yarımfinalında “Mançester Siti” ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin