Totti: “Roma”nın nə istədiyini başa düşməliyik”

“Roma”nın sabiq hücumçusu Françesko Totti klubun argentinalı futbolçusu Paulo Dibalanın oyunu haqda danışıb.

Komanda.az “Corriere dello Sports”-a istinadən xəbər verir ki, italiyalı keçmiş futbolçu, Dibala ilə bağlı yaxşıca düşünmək lazım olduğunu bildirib:

“Biz yüksək səviyyəli oyunçudan danışırıq. Amma gələcəyə gəlincə, klubun nə istədiyini və növbəti mövsüm üçün qarşısına hansı hədəflər qoyduğunu başa düşməliyik. Məşqçi olsaydım, ildə 15 oyun keçirən futbolçu ilə nə edəcəyimi yaxşıca düşünərdim. Vacib bir məqsədim varsa və matçların üçdə birində meydana çıxan ən vacib oyunçulardan biri varsa, onunla nə edəcəyimi diqqətlə düşünməliyəm”.

Argentinalı forvard bu mövsüm bütün turnirlərdə 28 oyun keçirib, 14 qol vurub və 7 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button