
Totti: “Bu qarşılaşmanın dəyərini yalnız romalılar tam şəkildə anlayır”
“Roma”nın sabiq kapitanı Françesko Totti paytaxt derbisinin əhəmiyyətindən danışıb.
Sentyabrın 21-də A Seriyasının 4-cü turu çərçivəsində “Latsio” və “Roma” üz-üzə gələcək.
Komanda.az “RomaPress”-ə istinadən xəbər verir ki, italiyalı sabiq futbolçu romalıların bu oyunu digərləri kimi yaşamadığını bildirib:
“Romalılar bu oyunu digərləri kimi yaşamır. Hər bir derbi başqalarından fərqlənir. Bu qarşılaşmanın əhəmiyyətini və dəyərini yalnız romalılar tam şəkildə anlayır”.
İlk üç turun nəticəsinə əsasən, “Latsio” A Seriyasının turnir cədvəlində 3 xalla 14-cü, “Roma” isə 6 xalla 7-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



