Totti 20 illik həyat yoldaşından ayrıldı

“Roma”nın əfsanəvi futbolçusu Françesko Totti həyat yoldaşı, italiyalı teleaparıcı İlari Blasidən ayrılıb.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, bu barədə İlari Blasi məlumat verib.

O, 20 illik evliliyinin bitdiyini açıqlayıb. Məlumatı Totti də təsdiqləyib: “Evliliyimdəki problemi aradan qaldırmağa çalışdım. Amma bu gün anlayıram ki, ayrılıq seçimi ağrılı olsa da, qaçılmazdır”.

Xatırladaq ki, Totti və Blasinin üç övladı var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button