“Tottenhem”lə oyunda kimlər olmayacaq? – Lempard açıqladı
İngiltərə Premyer Liqasının 27-ci turu çərçivəsində “Tottenhem”lə qarşılaşacaq “Çelsi”in baş məşqçisi Frenk Lempard komandanın zədəliləri ilə bağlı açıqlama verib.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Nqolo Kantenin zədəsi ilə bağlı danışan mütəxəssis, digər futbolçularla bağlı da açıqlama verib:
“Kante hələ toparlana bilməyib. Yenidən əzələsindən zədələnib. Sağalması üçün təxminən 3 həftə vaxta ehtiyac var. Kristian Pulişiç də hələ ki, oynamağa hazır deyil. Onun sağalması ilə bağlı dəqiq vaxt deyə bilmərəm. Zədəsi mürəkkəbdir, bunun üzərində çalışırıq.
Andreas Kristensen isə burunundan zədələnmişdi, bizimlə məşqlərə qatılır. Oyunda iştirak edə bilər, amma maska istifadə etməli olacaq. İki gün çox çalışdı və indi əla vəziyyətdədir.
Tammi Abraham isə təxminən 70 faiz məşqlərdə iştirak edib. Komanda ilə birlikdə məşqlər edir, amma hazır olub-olmadığına qərar verməli olacağıq”.
“Çelsi” – “Tottenhem” oyunu bu gün, saat 16:30-da start götürəcək.
Bizi Facebook-da izləyin