Harri Keynin vəziyyətinə aydınlıq gəldi
İngiltərə Premyer Liqasının son turu çərçivəsində keçirilən “Liverpul”la oyunda (1:3) zədələnən “Tottenhem”in futbolçusu Harri Keynin vəziyyətinə aydınlıq gəlib.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 27 yaşlı futbolçu ayaq biləyindən zədələnib. Zədəsinin ciddi olmadığı deyilən hücumçu təxminən iki həftə yaşıl meydanlardan kənarda qalacaq. Keynin ən yaxşı halda fevralın 13-də keçiriləcək “Mançester Siti” ilə oyunda meydana çıxa biləcəyi qeyd edilir. Futbolçu bir neçə gündən sonra yenidən tibbi müayinədən keçəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin