“Tottenhem”in “B” planı
Çempionlar Liqasında “Mançester Siti”ni mübarizədən kənarlaşdıraraq yarımfinala vəsiqə qazanan “Tottenhem”də yeni mövsümün planları bəlli olub.
Komanda.az xəbər verir ki, London təmsilçisinin baş məşqçisi Maurisio Poçettino komandanın heyətini yeniləmək niyyətindədir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
Poçettino, Harri Keyn, Kristian Eriksen, Dele Alli, Tobi Alderveyreld kimi futbolçuların komandadan ayrılacağı ehtimalına qarşı, rəhbərlikdən onların mövqelərinə yeni futbolçuların transfer edilməsini istəyir. “Tottenhem” eyni zamanda, Denni Rouz, Viktor Vanyama, Fernando Lorente ilə də yollarını ayıracaq.
Rəhbərlik Poçettinoya yayda 60 milyonluq transfer büdcəsi və satılan futbolçulardan gələn gəliri ayıracaq.
“Tottenhem” Çempionlar Liqasının 1/2 final mərhələsində “Ayaks”la qarşılaşacaq.
Bizi Facebook-da izləyin