“Tottenhem” Keyni buraxmaq istəmir
“Tottenhem”in yeni idman direktoru Fabio Paratiçi hücumçu Harri Keyni komandada saxlamaq istədiklərini deyib.
Komanda.az xəbər verir ki, bu barədə italyan funksioner “Sky Sport” telekanalına açıqlamasında söyləyib:
“Keyni “Tottenhem”də saxlamaq istəyirik. Bu, bizim transfer pəncərəsindəki əsas hədəfimizdir. Keyn dünyanın ən çox qol vuran hücumçularındadır”.
“Mançester Siti” Keyni transfer etmək niyyətindədir. İngilis hücumçu da “Tottenhem”dən ayrılmağa müsbət yanaşır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin