Transferlərə ən çox pul xərcləyən məşqçilər
“Tottenhem”in yeni çalışdırıcısı Joze Mourinyo futbolçu transferlərinə ən çox pul xərcləyən baş məşqçidir.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis işlədiyi klublarda transferlərə 1,6 milyard avro xərcləyib.
Mourinyodan sonra Karlo Ançelotti və Xosep Qvardiola 1,2 milyardla 2 və 3-cü yerləri bölüşür.
Manuel Pelleqrini 1,1 milyardla 4-cü, Massimiliano Alleqri isə 1 milyardla 5-ci sırada yer alır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin